“Azərişıq”-ın maşınını yandıran şəxs tutulub

“Azərişıq”-ın maşınını yandıran şəxs tutulub
  23 Avqust 2017    Oxunub:1646
Lənkəran Regional Elektrik Şəbəkəsinə məxsus avotomobili yandıran şəxs saxlanılıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Lənkəran   Həbs  





Xəbər lenti