Çavuşoğlu kürdlərlə danışıqlara getdi

Çavuşoğlu kürdlərlə danışıqlara getdi
  23 Avqust 2017    Oxunub:1514
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Bağdada gedib. XİN rəhbəri bu gün Kürdüstan Muxtar vilayətinin paytaxtı Ərbilə səfər edəcək.
AzVision.az “Rudaw” telekanlına istinadən xəbər verir ki, səfər çərçivəsində Çavuşoğlu İraq prezidenti Fuad Masum, baş nazir Heydər əl-Abadi və həmkarı İbrahim əl-Cəfəri ilə görüşəcək.

Ərbildə isə Türkiyə XİN rəhbərini Kürdüstan Muxtar vilayətinin rəhbəri Məsud Bərzani qəbul edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti