600-dən çox bal toplayan 4 nəfər II turdan imtina edib

600-dən çox bal toplayan 4 nəfər II turdan imtina edib
  23 Avqust 2017    Oxunub:2581
Qəbul imtahanlarında 600-dan çox bal toplayan 4 abituriyent ali məktəblərə ixtisas seçiminin II turunda iştirak etməyib.

Bu barədə AzVision.az-a təhsil eksperti Kamran Əsədov "Abituriyent-9" jurnalına əsasən bildirib. Onun sözlərinə görə, III və IV ixtisas qrupları üzrə imtahan verən həmin abituriyentlər xaricdə təhsil ala bilərlər.
“600-dən çox bal toplayan abituriyentlər ya xarici ölkələrdə təhsil almağa üz tutacaq, yada gələn il qəbul imtahanlarında iştirak edəcəklər. II turda təklif olunan və ya boş qalan plan yerləri çox az prespektivli idi. Demək olar ki, plan yerləri regionlarda qalmışdı və ya yüksək təhsil haqqı ilə özəl ali təhsil müəssisələrində idi. Xoşagəlməz məqam isə odur ki, ali təhsil müəssisələri 600-dən çox bal toplayan, amma qəbul ola bilməyən abituriyentləri cəlb etmək üçün heç bir addım atmadı. Onlar həmən abituriyentləri cəlb etmək üçün müəyyən kampaniyalar, güzəşt tətbiq etməli idilər. Həmişəki kimi bizim universitetlər perspektivi yox, maddi qazancı üstün tutdular”.

Təhsil eksperti qeyd edib ki, 500-dən çox bal toplayan az sayda abituriyent II turda ixtisas seçimi edib: “Bütün qruplar üzrə 500-dən yuxarı bal toplayan 33 nəfərdən yalnız 4-ü ixtisas seçimi edib. Müəyyən ixtisaslar üzrə müsabiqə vəziyyəti I turda aşağı idisə, II turda müsabiqə vəziyyəti artıb.
Məsələn, I turda 200 balla qəbulu mümkün olan ixtisasın II turdan sonra müsabiqə vəziyyəti 400-dən çox olub. Qruplar üzrə ən yüksək müsabiqə vəziyyəti III və IV qruplarda qeydə alınıb. Ən aşağı müsabiqə vəziyyəti isə II və I qrupda olub. Məsələn, II qrupda keçən il 600 balla qəbulu mümkün olan ixtisasa bu il 200-250 balla qəbul mümkün idi. Burada isə təhsil haqları faktoru özünü göstərir”.

K.Əsədov qeyd edib ki, ali məktəblərə ixtisas seçiminin II turunda rus bölməsində plan yerlərinin əksəriyyəti boş qalıb.

“Burada müsabiqə vəziyyəti aşağı olub. Rus bölməsi üzrə II turda ən yüksək göstərici 386 balla qeydə alınıb. Azərbaycan bölməsində isə qəbulda ən yüksək bal 520-dir. Ondan yuxarı toplayan və qəbul olmayan abituriyentlər II turda ixtisas seçimi etməyiblər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Abituriyent  





Xəbər lenti