Rusiya DİN azərbaycanlı idmançının “başına pul qoydu” - 500 min

Rusiya DİN azərbaycanlı idmançının “başına pul qoydu” - 500 min
  23 Avqust 2017    Oxunub:12839
Rusiyanın Daxili İşlər Nazirliyi pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən azərbaycanlı Anar Allahverənovun yerini deyən şəxsə 500 min rubl (təxminən 15 min manat) mükafat təyin edib.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Allahverənovun yerini deyən şəxsin adı gizli saxlanılacaq.

Xatırladaq ki, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu Xabarovsk şəhərində döyülərək öldürülüb. O, Xabarovskdakı “Qalareya” kafesindən çıxarkən azərbaycanlı idmançı Anar Allahverənovla mübahisə edib. Allahverənov bir neçə zərbəylə onu öldürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   DİN   Qətl   Çempion  





Xəbər lenti