Şimali Koreya raket istehsalını artırır - VİDEO

Şimali Koreya raket istehsalını artırır - VİDEO
  23 Avqust 2017    Oxunub:1865
Şimali Koreya lideri Kim Çen In bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalının artırılmasına dair göstəriş verib.
AzVision.az “Gazeta.ru”-ya istinadən xəbər verir ki, bu barədə koreya lideri Kimyəvi Materiallar Elmi İnstituta baş çəkərkən bildirib.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya ABŞ-ın aviabazasının yerləşdiyi Quam adasına zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərinin başa çatdırıldığını bəyan edib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Şimali-Koreya  





Xəbər lenti