Putin-Sarkisyan görüşü başlayır - Soçidə Qarabağ müzakirəsi

Putin-Sarkisyan görüşü başlayır - Soçidə Qarabağ müzakirəsi
  23 Avqust 2017    Oxunub:1848
Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

AzVision.az TASS-a istinadən xəbər verir ki, görüş Soçidə baş tutacaq.
Görüş zamanı prezidentlərin beynəlxalq və regional məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcəyi gözlənilir.

Tərəflər “Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı” və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiya-Ermənistan münasibətlərinin aktual məsələlərini və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Sarkisyan   Putin   Qarabağ  





Xəbər lenti