Kolleclərin boş yerlərinə ixtisas seçimi başladı

Kolleclərin boş yerlərinə ixtisas seçimi başladı
  23 Avqust 2017    Oxunub:2354
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunub.

Jurnalın xüsusi buraxılışında, həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc edilib.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti