Düşmən ordusunun iki zabiti ağır yaralanıb

Düşmən ordusunun iki zabiti ağır yaralanıb
  22 Avqust 2017    Oxunub:8806
Ağdərə rayonunda xəndək qazan bir qrup hərbi qulluqçuya başçılıq edən kapitan və polkovnik-leytenant ağır yaralanıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hər iki hərbi qulluqçu hospitala yerləşdirilib. Məlumata əsasən zabitlərdən biri Arsen Hovakimyandır.

Hadisə ilə bağlı araşdırma aparılır. İctimaiyyətdən gizlədilən hadisənin guya atəşkəs rejiminin pozulması nəticəsində baş verdiyi iddia edilir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Ermənistan   Düşmən  





Xəbər lenti