Dənizdə batan şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib
  22 Avqust 2017    Oxunub:1167
Dənizdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:35-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti