Erməni hərbçilər arasında dava - Yaralanan var

Erməni hərbçilər arasında dava - Yaralanan var
  22 Avqust 2017    Oxunub:1733
Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən ordusunun bölmələrində cinayət hadisələri baş verməkdə davam edir.
AzVision.az Ermənistan sosial şəbəkə istifadəçilərinə və mətbuatına istinadən xəbər verir ki, Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində bölük komandiri Qrikoryan vəzifəsindən sui-istifadə edərək tabeçiliyində olan Hamo adlı əsgərə qarşı fiziki güc tətbiq edib.

Xəsarət alan əsgərin valideynləri, övladlarına qarşı tez-tez belə hərəkətlərə yol verildiyindən hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Ağdərə ətrafında yerləşən digər bölmələrin birində də döyüş mövqeyində post başçısı Tiqran ilə Sasun Spartaki Vağunts adlı hərbi qulluqçu arasında baş vermiş mübahisə nəticəsində hər iki hərbi qulluqçu müxtəlif bədən xəsarəti alıblar.

Baş verən hadisələri ört-basdır etmək mümkün olmadığından komandanlıq cinayət işi açılması üçün hərbi polisə müraciət edib.

AzVision.az


Teqlər: Ermənistan   Ordu   İnsident  





Xəbər lenti