Erməni zabitlərin rüşvət əməlləri ifşa edilib

Erməni zabitlərin rüşvət əməlləri ifşa edilib
  22 Avqust 2017    Oxunub:1936
Ermənistan ordusunda zabitlər dolanışıq ucbatından rüşvət almaq məcburiyyətindədirlər.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal eilmiş Ağdərə istiqamətində yerləşən düşmən ordusunun hərbi qulluqçusu Avedisyan Qarik Tiqranoviç rabitə bölüyünə təyin olunması üçün 700 ABŞ dolları məbləğində rüşvət verib.

Belə bir hadisə başqa hərbi hissədə də qeydə alındıqdan sonra, əsgər valideyni tərəfindən oğluna yaradılan şəraitlə bağlı narazılıq ərizəsi əsasında hərbi polis tərəfindən araşdırılma aparılır.

Həmin hərbi hissənin başqa bir alayının bölmələrindən birində, sürücü vəzifəsində xidmət edən müddətli hərbi qulluqçunun ön xətt bölməsindən xidmətini daha rahat yerə təyin olunması üçün alayın vəzifəli şəxsinə (Ohan adlı şəxsə) rüşvət təklif edilməşi hadisəsi də araşdırma zamanı aşkar olunub.

AzVision.az


Teqlər: Ermənistan   Rüşvət  





Xəbər lenti