Elvin finala çıxa bilmədi - VİDEO

Elvin finala çıxa bilmədi - VİDEO
  22 Avqust 2017    Oxunub:9937
Elvin Mürsəliyev dünya çempionatında bürünc medal uğrunda yarışacaq.
AzVision.az xəbər verir ki, yarımfinalda Belarus təmsilçisi Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Bununla da Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxacaq.

***

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

AzVision.az-ın məlumatına görə, ikinci yarış günündə 59 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Taleh Məmmədov 1/16 finalda Belarus idmançısı Maksim Kazarskiyə 2:1 hesabı ilə qalib gəlib. 1/8 finalda moldovalı Viktor Çiobanudan da üstün olan təmsilçimiz (12:9) növbəti mərhələdə qırğızıstanlı Kanibek Jolçubekovla qarşılaşacaq.

80 kq çəki dərəcəsində yarışan idmançımız Elvin Mürsəliyev rusiyalı Olimpiya çempionu Roman Vlasovu, Polşa təmsilçisi Edgar Babayanı və mərakeşli Zied Aid Ouagramı məğlub edərək yarımfinala adlayıb.
E.Mürsəliyevin növbəti rəqibi Belarus güləşçisi Radzik Kulieu olacaq.



AzVision.az


Teqlər: güləş   Fransa  





Xəbər lenti