Şimali Koreya Əsədə kimyəvi silah göndərir

Şimali Koreya Əsədə kimyəvi silah göndərir
  22 Avqust 2017    Oxunub:1373
Şimali Koreyadan Suriyanın Elmi Tədqiqat və İnkişaf Mərkəzinə aparılması nəzərdə tutulan naməlum yüklərin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi BMT-nin gizli hesabatına istinadən məlumat yayıb.

BMT-nin müstəqil ekspertləri tərəfindən hazırlanan və təşkilatın Təhlükəsizlik Şurasına təqdim edilən hesabatda qaçaqmalçılığın harada və nə zaman olduğu, eyni zamanda yükün daxilində hansı vasitələrin olması haqqında məlumat yer almayıb.

Komissiya Şimali Koreya ilə Suriya arasında qadağan edilmiş kimyəvi silah, ballistik raket və digər silah növləri ilə bağlı əməkdaşlığa dair hesabatları araşdırır. Bildirilib ki, BMT-yə üzv olan iki dövlət tərəfindən bu məsələ araşdırılıb. Məlum olub ki, həmin yüklərin alıcısı Suriya təşkilatlarıdır.

Qeyd edək ki, 2013-ci ilin avqust ayında Suriyada qaz bombası ilə hücum zamanı minlərlə insan həyatını itirib. Bundan sonra Suriya kimyəvi silahların qadağan edilməsi ilə bağlı konvensiyaya qoşulub. Suriyada kimyəvi silahların məhv edilməsi və ABŞ-ın Suriyaya hərbi müdaxiləni dayandırmasına dair Rusiya və ABŞ arasında razılaşma əldə olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şimali-Koreya   Suriya   Bəşər-Əsəd  





Xəbər lenti