Rotterdamda “Azərbaycan” küçəsi açılacaq

Rotterdamda “Azərbaycan” küçəsi açılacaq
  22 Avqust 2017    Oxunub:1908
Niderland Krallığının Rotterdam şəhərində “Azərbaycan” küçəsi açılacaq, şəhərin "Bakı" küçəsində isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulacaq.
Bu barədə AzVision.az-a Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov məlumat verib.

O qeyd edib ki, artıq bununla bağlı yerli bələdiyyələr ilə müvafiq yazışmalar da aparılıb: "Hər iki təşəbbüsün müəllifi Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlılar Konqresidir".

S.Qasımov qeyd edib ki, yaxın günlərdə təsdiq alınan kimi abidənin qoyuluşuna və küçənin açılışına start veriləcək.

Qeyd edək ki, Krallığın ikinci böyük şəhəri olan Rotterdamda artıq bir müddətdir "Bakı" küçəsi mövcuddur.

AzVision.az


Teqlər: Niderland  





Xəbər lenti