Gömrükdə “fişəng” əməliyyatı

Gömrükdə “fişəng” əməliyyatı
  22 Avqust 2017    Oxunub:1398
Gömrükçülər pirotexniki vasitə və fişəng aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21061” markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsində 650 qutu pirotexniki vasitə və 6 ədəd fişəng aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti