Ermənistanın baş nazirinin Qarabağdakı biznesi

Ermənistanın baş nazirinin Qarabağdakı biznesi
  22 Avqust 2017    Oxunub:4191
Ermənistanın baş naziri Karen Karapetyanın ailəsi işğal altında olan Dağlıq Qarabağda 200 hektarlıq nar bağı salacaq.

AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Qəzetin araşdırmasına görə, bu, Karapetyan ailəsinin Qarabağda apardığı ilk qanunsuz iş deyil. Belə ki, Karapetyan ailəsi Xankəndinin mərkəzi küçələrinin birində yerləşən “Florence Garden” restoranın təmir edilməsi üçün bir neçə milyon dollar xərcləyib.

Nəşr qeyd edib ki, Karapetyan ailəsinin qanunsuz biznesləri sırasına Qarabağda hidroelektrik sektorunda ayrıca "HES"-lərin tikilməsi də daxildir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti