Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində çalışacaq

Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində çalışacaq
  22 Avqust 2017    Oxunub:3421
Sentyabrın 1-i və 2-də Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli AzVision.az-a bildirib ki, bayram günlərində dövlət xidmətinin nümayəndələri heyvanların satışı və kəsimi yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasına nəzarət edəcəklər.

Y.Xanvəli qeyd edib ki, Qurban bayramında kəsim məntəqələrinə gətirilən heyvanların sağlamlığına ciddi nəzarət olunacaq.

Y.Xanvəli bildirib ki, icazə verilməmiş yerlərdə ayrı-ayrı vətəndaşlar tərəfindən heyvan kəsimlərinin qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti müvafiq qurumlurla birlikdə ciddi tədbirlər görəcək.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı sentyabrın 1-i və 2-si qeyd olunacaq.

Aytən Zəhra
AzVision.az




Teqlər: Qurban-bayramı  





Xəbər lenti