Gənclər üçün Krizis Xətti açıldı
Məlumat üçün bildirək ki, “Gənclər üçün Krizis Xətti” layihəsi Gənclər və İdman nazirliyi tərəfindən ilk dəfə 2006-ci ildə dəstəklənmişdir. Analoji beynəlxalq metodikalar əsasında təşkil edilən və on ildən artıq dövrdə mütəmadi dəstək almış xidmətdə xüsusi hazırlıq keçmiş peşəkar mütəxəssilər işləyir.
Məlumatda qeyd edilib ki, fəliyyət göstərdiyi vaxt ərzində xəttə 35 mindən artıq zəng daxil olub. ““Krizis telefon xətti” 14-29 yaşda olan gənclər ücün nəzərdə tutulsa da, zəng edənlər arasında digər yaş grupunun da nümayəndələri var. Krizis xidmətinə müraciət edənlər sırasında ən gənc istifadəçinin yaşı 7, ən yuxarı yaş həddində olanın isə – 60 qeyd edilir.
“Krizis telefon xətti” Bakı şəhərinin əhalisi ücün nəzərdə tutulmasına baxmayaraq, xidmətə Azərbaycanın rayonlarından da çox sayda zənglər daxil olur”.
Qeyd edək ki, xidmət pulsuz və anonimdir. Bütün zənglər haqqında məlumat xüsusi hazırlanmış "Krizis vəziyyətlərin kodifikatoru"nda əks etdirilir. Bu məlumatlar ətraflı və etibarlı məlumat bankını formalaşdırır və təhlil olunur.
Xidmətdə işləmək üçün psixologiya üzrə mütəxəssislər seçilib. Həmin şəxslərə peşəkar mütəxəssislər tərəfindən 6 günlük əlavə xüsusi treninq də keçilib. Gənclər üçün Krizis Xəttinə müraciət üçün (012) 5106636 şəhər telefon nömrəsini yığmaq kifayətdir.
Aytən Zəhra
AzVision.az
Teqlər: gənc Gənclər-İdman-Nazirliyi