İtkin düşən neftçilərin axtarışları dayandırılıb
Bildirilib ki, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında meyiti aşkar edilən şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlu olduğu müəyyən edilib, meyiti mərhumun ailəsinə təhvil verilib.
Belə ki, meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu olub.
Bununla da, itkin düşən neftçilərin hamısının meyiti qərargahın həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verilib, axtarış-xilasetmə əməliyyatlarına yekun vurulub.
AzVision.az