Ermənistanın müdafiə naziri Rusiyaya gedib

Ermənistanın müdafiə naziri Rusiyaya gedib
  22 Avqust 2017    Oxunub:1458
Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Rusiyaya səfərə gedib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər çərçivəsində erməni nümayəndə heyəti Naberejni Çelnidə "KAMAZ"-a məxsus avtomobil texnikasının yeni modeli ilə tanış olacaq, avqustun 22-də isə Moskvada "Armia-2017" beynəlxalq hərbi-texniki konfransın və sərginin açılış mərasimində iştirak edəcək.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Vigen-Sarkisyan   Rusiya  





Xəbər lenti