Barselonanı qana bulayan terrorçu tutulub

Barselonanı qana bulayan terrorçu tutulub
  22 Avqust 2017    Oxunub:1429
İspaniyanın Barselona şəhərində terror aktının törədilməsində şübhəli bilinən Yunus Əbu Yaqub saxlanılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı mərakeşli cinayətkar Barselona əyalətinin San-Sadurni-dAnoyya şəhərində saxlanılıb.

Məlumata görə, terror baş verən gün avtomobilin sükanı arxasında Yunus Əbuyaqub olub. O, hadisəni törətdikdən sonra gizlənib.

Qeyd edək ki, avqustun 17-də Barselonada avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

AzVision.az


Teqlər: Barselona   Terror   İŞİD  





Xəbər lenti