Rostovda fövqəladə vəziyyət elan edilib

Rostovda fövqəladə vəziyyət elan edilib
  21 Avqust 2017    Oxunub:1692
Rusiyanın Rostov şəhərində baş verən güclü yanğın hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
AzVision.az "Ria-Novosti"-yə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, alov artıq 30 evi əhatə edib və hündürmərtəbəli binaya keçməsinin qarşısı alınıb. Yanğın zamanı 3 nəfər xəsarət alıb. 560 nəfər evakuasiya edilib.

Hazırda hadisə yerində 437 nəfər və 212 texnika işləyir. Yanğının qarşısını almaq hələlik mümkün olmayıb. Alov 10 min kvadrat metr ərazini əhatə edir.

AzVision.az


Teqlər: Rusiya   Yanğın  





Xəbər lenti