FHN dənizdə batan şəxsi xilas edib

FHN dənizdə batan şəxsi xilas edib
  21 Avqust 2017    Oxunub:1285
Dənizdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 15:55-də başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti