İsmayıllıda sürücü piyadanı öldürüb

İsmayıllıda sürücü piyadanı öldürüb
  21 Avqust 2017    Oxunub:1681
İsmayıllı rayonunda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 20-də saat 21 radələrində İsmayıllı rayonunun Diyallı kəndində rayon sakini Aydən Məmmədli idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Xalid Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza   Piyada  





Xəbər lenti