Rusiya Trampa böyük jest etdi

Rusiya Trampa böyük jest etdi
  21 Avqust 2017    Oxunub:1292
ABŞ-ın Rusiya vətəndaşlarına viza verilişini məhdudlaşdırmasına rəsmi Moskva münasibət bildirib.
AzVision.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Amerikaya adekvat cavab vermək niyyətində olmadığını deyib.

XİN rəhbəri bildirib ki, Rusiya bunun əksinə olaraq ABŞ vətəndaşlarına viza verilməsini çətinləşdirməyəcək.

“ABŞ-ın verdiyi bu qərarı incələmək lazımdır. Bir şeyi dəqiq deyə bilərəm ki, ABŞ-ın bu addımına qarşılıq verib, Amerika vətəndaşlarına hansısa mənfi davranış sərgiləməyəcəyik. Bu cür pis örnəyin bizim tərəfimizdən təkrarlanacağına ümid edənlər yanılıb”.

Lavrovun sözlərinə görə, ABŞ rəsmilərinin məqsədi Rusiya vətəndaşları arasında ölkərə rəhbərliyinin fəaliyyətinə narazılıq yaratmaqdır.

“Bu, məşhur məntiqdir, bu, rəngli inqilabı təşkil edənlərin məntiqidir”.

Lavarov xatırladıb ki, 2016-cı ilin sonunda Amerika Rusiyaya məxsus bir qrup diplomatı ölkədən çıxarıb, rus mülkiyyətini beynəlxalq normalara zidd olaraq məhdudlaşdırıb. Rusiya ABŞ–ın bu addımına qarşı təcili cavab verməyib. Cavab tədbiri yalnız konqresin qəbul etdiyi sanksiyalar toplusundan sonra olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Tramp   Putin  





Xəbər lenti