Xəzərdə batan gəncin meyiti tapılıb

Xəzərdə batan gəncin meyiti tapılıb
  21 Avqust 2017    Oxunub:1302
Dənizdə batan gəncin meyiti tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 20-də Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün tapılaraq sudan çıxarılıb. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:15-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   dəniz  





Xəbər lenti