"Neftçi"nin baş məşqçisi istefa verib

"Neftçi"nin baş məşqçisi istefa verib
  21 Avqust 2017    Oxunub:1664
“Neftçi” klubunun baş məşqçisi Elxan Abdullayev istefa edib.
AzVision.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, istefa ərizəsi ilə “Neftçi” PFK-nın rəhbərliyinə müraciət edən mütəxəssisin ərizəsi qəbul edilib.

Baş məşqçi istefası ilə bağlı bunlarıdeyib: "Hər şeydən əvvəl "Neftçi” PFK-nın rəhbərliyinə mənə inandığı və şans verdiyi üçün minnətdarlığımı bildirirəm. 3 illik müqaviləmin qüvvədə olmasına rəğmən, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək istefa verdim. Bu qərar heç də asan başa gəlmədi və hər hansı bir kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri "Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, bu qərarım "Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam! Çox sağ olun!”.

"Neftçi” PFK Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edərək, ona gələcək işlərində uğurlar arzulayır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Neftçi  





Xəbər lenti