Sabiq prezidentlər İlham Əliyevin qəbulunda - Yenilənib

Sabiq prezidentlər İlham Əliyevin qəbulunda - Yenilənib
  21 Avqust 2017    Oxunub:1823
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, Latviyanın sabiq Prezidenti Valdis Zatlersi, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevnelievi və Petar Stoyanovu, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi, İsrailin sabiq Prezidenti Dalia İtziki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanı, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətini qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığı, tərəfdaşlarının çoxaldığı, fəaliyyət istiqamətlərinin genişləndiyi vurğulandı və Mərkəzin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd edildi.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti