Bakı sakinini şantaj edən şəxs tutulub

Bakı sakinini şantaj edən şəxs tutulub
  21 Avqust 2017    Oxunub:1508
Bakı şəhər sakinindən şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pul alan şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pulunu alıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Yasamal  





Xəbər lenti