ABŞ Koreya ilə birgə hərbi təlimlərə başlayıb

ABŞ Koreya ilə birgə hərbi təlimlərə başlayıb
  21 Avqust 2017    Oxunub:1012
ABŞ və Koreya Respublikasının silahlı qüvvələri Şimali Koreya tərəfindən gözlənilən raket buraxılışı ilə əlaqədar birgə hərbi təlimlərə başlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “Ulchi Freedom Guardian” adı altında keçirilən birgə hərbi təlimlər avqustun 31-dək davam edəcək.

Təlimlərdə ABŞ-ın 17 min 500, Koreya Respublikasının isə 50 min hərbiçisinin iştirakı gözlənilir. Əsas diqqət kompüterlərdən istifadə olunmaqla komanda sisteminin əlaqələndirilməsinə yönəldiləcək.

Eyni zamanda təlimlər döyüş hazırlığını yüksəltməyə və Şimali Koreya tərəfindən yol verilə biləcək təxribatlara diqqəti artırmağa imkan yaradacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   təlim  





Xəbər lenti