Ağstafada 5 ailənin evi yanıb

Ağstafada 5 ailənin evi yanıb
  21 Avqust 2017    Oxunub:1696
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində 5 ailənin məskunlaşdığı barak tipli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

AzVision.az


Teqlər: Ağstafa   Yanğın   FHN  





Xəbər lenti