Bərdədə toy faciəyə döndü - 4 nəfəri maşın vurdu

Bərdədə toy faciəyə döndü - 4 nəfəri maşın vurdu
  20 Avqust 2017    Oxunub:1637
Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 qonağını vuraraq hadisə yerindən qaçıb.
Hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində baş verib. Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər -1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

AzVision.az


Teqlər: Bərdə   Toy   Qəza  





Xəbər lenti