Milli Parkdakı yanğın söndürülüb - Yenilənib

Milli Parkdakı yanğın söndürülüb - Yenilənib
  20 Avqust 2017    Oxunub:1684
Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, saat 12 radələrində Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələrinin köməyi ilə yanğının qarşısı tam alınıb.
ETSN-dən verilən xəbərdə qeyd olunur ki, yanğından sonra əraziyə baxış keçirilib. Hadisə zamanı 0,3 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Yanğının başvermə səbəblərini müəyyən etmək üçün ETSN-in Şahdağ Milli Parkı tərəfindən yerli polis şöbəsinə müraciət edilib.

***
(10:33)

Şahdağ Millli Parkında yanğın hadisəsi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.

Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.

Hazırda yanğın lokallaşdırılmaq üzrədir.

AzVision.az


Teqlər: Şahdağ   Yanğın   Milli-park  





Xəbər lenti