“Sən kimsən ki, mənə göstəriş verirsən?” - Ərdoğan nazirə qəzəbləndi
Ərdoğan almaniyalı naziri onun haqqında dediyi sözlərə görə sərt tənqid edib.
"Almaniyanın bizə qapı açıb-açmamasının heç bir önəmi yoxdur. Bizə açılan qapılar yetərlidir. Qapılarını bizə açan ölkələrə məmnuniyyətlə gedirik və qapımız onlara açıqdır.
Biz onlara 4 min terrorçunun adı olan siyahı vermişik. Heç bir cavab gəlmədi, hələ üstəlik, onlar özlərini bir-iki nəfərin azad edilməsini xahiş etməkdə haqlı bilirlər. Qüsura baxmayın, amma sizdə olduğu kimi, bizim də hüquq və qanunumuz var. Hələ bu xarici işlər naziri! Öz yerini bilmir! Sən kimsən ki?!".
Xatırladaq ki, Ziqmar Qabriel Türkiyə prezidentinin Almaniyada yaşayan türklərə Bundestaqa seçkilərlə bağlı etdiyi çağırışı AFR-in suverenliyinə müdaxilə aktı kimi qiymətləndirmişdi.
Almaniya bundestaqına seçkilər sentyabrın 24-də keçiriləcək.
AzVision.az
Teqlər: Türkiyə Ərdoğan Almaniya