Xəzərdə batan 2 nəfər xilas edilib

Xəzərdə batan 2 nəfər xilas edilib
  20 Avqust 2017    Oxunub:942
Xəzər rayonunda dənizdə batan daha 2 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti