“Erməni soyqırımı” iddiası ilə tanınan türk yazıçı tutulub

“Erməni soyqırımı” iddiası ilə tanınan türk yazıçı tutulub
  20 Avqust 2017    Oxunub:2738
İspaniya polisi Türkiyənin sorğusu əsasında türk əsilli Almaniya vətəndaşı olan yazıçı Doğan Axanlı saxlayıb.

Bbu barədə “Kölner Stadt-Anzeiger” nəşrinə D.Axanlının vəkili bildirib.
Məlumata görə, yazıçı bu gün məzuniyyətdə olduğu Qranada şəhərində saxlanılıb. Polisin İnterpolun təcili saxlanılmasına dair göstərişi əsasında saxlanılıb.

Yazıçının saxlanılmasına əsas Türkiyədə ona qarşı başlanılan cinayət işi olub.

Məlumata görə, 60 yaşlı D.Axanlı 1992-ci ildən Almaniyada yaşayır. O, qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı əsərləri ilə tanınır. (APA)

AzVision.az


Teqlər: İspaniya   Yazıçı   Türkiyə   Həbs  





Xəbər lenti