Erməni hərbçidən qeyri-insani hərəkət - FOTOLAR

Erməni hərbçidən qeyri-insani hərəkət - FOTOLAR
  19 Avqust 2017    Oxunub:23958
Son vaxtlar Ermənistan ordusunda intihar və qəsdən törədilən ölüm halları kəskin artıb. Düşmən ordusundakı nizamsızlıq, hərc-mərclik çox vaxt qətllərə, qeyri-insani hərəkətlərə gətirib çıxarır. Avqustun 17-də Nerkin Karmirağbyur kəndində hərbçinin xidmət yoldaşı tərəfindən yandırılaraq öldürülməsi qeyd etdiyimiz faktların təsdiqidir.
Sözügedən cinayət bir daha göstərdi ki, Sarkisyanın işğalçı ordusu həm də qatillər, manyaklar yetişdirir. Şübhəsiz ki, erməni ordusundakı qanlı cinayətlər birdən-birə ortaya çıxmır. Axı, normal mühitdə vətənə sadiqlik andı içən hərbçi öz yoldaşını niyə öldürsün ki?!

Ermənistanda hərbçilərin sosial-iqtisadi vəziyyətlərinin ağır olması, rəhbərliyin onlara qeyri-insani rəftarı, ordunun rüşvət predmetinə çevrilməsi əksər hallarda amansız cinayətlərlə nəticələnir. Haqqında bəhs etdiymiz 37 yaşlı Artur Lalayan da digər yoldaşları kimi hərbçidən çox əliqanlı cinayətkardır.



Xatırladaq ki, avqustun 17-də saat 17:00-da Ermənistanın Tavuş vilayətinin Nerkin Karmirağbyur-Paravakar yolunda yanmış avtomobildə cəsəd tapılıb.

Nerkin Karmirağbyur kəndinin icra rəhbəri Manvel Kamendatyan bildirib ki, "VAZ-2106" markalı avtomobildə yanaraq ölən şəxs 32 yaşlı kənd sakini, müqaviləli hərbi qulluqçu Vardan Qriqoryandır.



Araşdırma zamanı məlum olub ki, Qriqoryan 37 yaşlı Artur Lalayan tərəfindən döyülüb, daha sonra isə maşında yandılaraq öldürülüb. Şübhəli şəxs qismində saxlanılan Lalayan hadisə ilə bağlı bəzi məqamları etiraf edib və hərbi qulluqçu olduğunu bildirib.



Onun sözlərinə görə, hadisədən əvvəl hərbçi yoldaşı Qriqoryanla bir məclisdə yeyib-içib. Daha sonra aralarında mübahisə düşüb. Lalayan Qriqoryanın maşınına minərək oradan uzaqlaşıb. Hərbçilər arasında mübahisə maşında da davam edib. Lalayan Qriqoryanı döyərək onu maşını ilə birlikdə dərəyə aşırdıb. Bununla kifayətlənməyən erməni hərbçi izi itirmək üçün avtomobili yandırıb. Nəticədə Qriqoryan yanaraq ölüb.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti