İlham Əliyev Samuxda - FOTOLAR (Yenilənib)

İlham Əliyev Samuxda - FOTOLAR (Yenilənib)
  19 Avqust 2017    Oxunub:7218
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.



Prezident İlham Əliyev daha sonra Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.



“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev kanalın istismara verilməsini bildirən düyməni basıb. Sonda xatirə şəkli çəkdirilib.



Ölkə başçısı Samuxa səfəri zamanı Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında da iştirak edib. Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Avqustun 19-da Azərbaycan Prezidenti Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Samux  





Xəbər lenti