Müəllimlər üçün son mərhələ başlayır

Müəllimlər üçün son mərhələ başlayır
  19 Avqust 2017    Oxunub:1357
21-26 avqustda ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.

Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə

mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Müəllim  





Xəbər lenti