İlham Əliyev 11,8 milyonluq sərəncam imzaladı

İlham Əliyev 11,8 milyonluq sərəncam imzaladı
  19 Avqust 2017    Oxunub:2472
Azərbaycan prezidenti İlham Əliyev Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən işlərin davam etdirilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 11,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda bildirilib ki, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Аzərbаycаn prezidentinin müvafiq fərmanları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində bölgələrin içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin fasiləsiz içməli su ilə təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib.

Bu tədbirlərin davamı olaraq, Salyan şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə ilkin mərhələdə həcmi 7500 kubmetr olan bir su anbarının, diametri 720 mm, uzunluğu 7,6 km olan magistral su kəmərinin, diametrləri 90-280 mm, uzunluğu 13,0 km olan paylayıcı su şəbəkəsinin, diametri 315 mm, uzunluğu 7,0 km olan təzyiqli kanalizasiya xəttinin tikintisi və bir kanalizasiya nasos stansiyasının yenidən qurulması zərurəti yaranıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Salyan   Sərəncam  





Xəbər lenti