Almaniyadan sonra Rusiyada bıçaqlı hücum - Yaralılar var

Almaniyadan sonra Rusiyada bıçaqlı hücum - Yaralılar var
  19 Avqust 2017    Oxunub:1672
Rusiyanın Surqut şəhərində naməlum şəxs əlində bıçaqla insanlara hücum edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yerinə gələn polis əməkdaşları atəş açaraq bıçaqla gəzən şəxsi öldürüblər.

Səhiyyə departamentinin rəsmisi Vladislav Niqmatulin bildirib ki, hazırda dörd nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlar dərhal əməliyyata alınıb. Üç nəfər isə orta-ağır vəziyyətdədir. Xəsarət alanlar arasında uşaq yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır. Ehtinal olunur ki, hücum edən şəxs ruhi xəstə olub.

Qeyd edək ki, ötən gün Almaniya və Finlandiyada anoloji hadisə baş verib.

AzVision.az


Teqlər: Rusiya   Bıçaq  





Xəbər lenti