“Əli Kərimli övladlarının təhsilinə 2 milyon manat ödəyib”

“Əli Kərimli övladlarının təhsilinə 2 milyon manat ödəyib”
  19 Avqust 2017    Oxunub:2912
AXCP sədri Əli Kərimlinin cangüdəni Kərim Mehdiyevin açıqladığı faktlar siyasi partiyalar tərəfindən birmənalı qarşılanmayıb.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, Kərim Mehdiyevi uzun müddətdir tanıyır: “Təxminən 25 ilə yaxın Əli Kərimlinin əsas cangüdəni kimi çalışıb. Kərim bəy düzünü deyir ki, Əli Kərimli İngiltərədə oxuyan övladlarının təhsil haqqı yüz minlərlə manat olduğu halda, ictimaiyyətə və yaxın silahdaşlarına yalan danışıb. O, Kərimlinin övladlarının 5 illik təhsil haqqının 2 milyon manatdan artıq olduğunu yazıb. Bilirsiniz, indi 5 dəqiqə ərzində İngiltərə unversitetlərinin illik xərclərinin nə qədər olduğunu görmək olur. Əli Kərimlinin utanmadan yalan danışmağı, yalandan and içməyi var. Onu tanıyanlar bunu çox yaxşı bilirlər. Görünür, artıq Kərim bəy kimi insanlar onun bu cür yalanlarından iyrəniblər və bu səbəbdən də həqiqəti ictimaiyyətə çatdırıblar”.

Orduxanlı onu da xatırladıb ki, kim Əli Kərimli ilə bir yerdə çalışıbsa, sonda onun yalançı, pulgir, saxtakar və satqın olduğunu bəyan edib: “Həqiqət budur ki, Kərimli Əbülfəz Elçibəyə, yaxın dostlarına, silahdaşlarına hər zaman xəyanət edib. O, Azərbaycanın ictimai-siyasi həyatında xəyanət simvolu kimi xarakterizə olunur”.



Teqlər: #Əli-Kərimli  





Xəbər lenti