DİN-dən avtobusda silah çəkən sərnişinlə bağlı Açıqlama

DİN-dən avtobusda silah çəkən sərnişinlə bağlı Açıqlama
  19 Avqust 2017    Oxunub:9604
Daxili İşlər Nazirliyi (DİN) Bakıda marşrut avtobusunda sürücüyə silah çəkən sərnişinin kimliyini müəyyənləşdirib.
AzVision.az xəbər verir ki, avqustun 18-də saat 20 radələrində Binəqədi RPİ 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.

Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az




Teqlər: DİN   Avrobus   Sürücü   Sərnişin   Tapança  





Xəbər lenti