Quba sakini balta ilə qətlə yetirilib

Quba sakini balta ilə qətlə yetirilib
  19 Avqust 2017    Oxunub:2978
Quba rayonunda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avqustun 18-də Quba rayonunun Cimi kəndi ərazisindən kənd sakini Vətən Əhmədov baş nahiyəsindən yetirilən xəsarət ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avqustun 17-də V.Əhmədovla həmkəndlisi Maarif Alxasov arasında mübahisə baş verməsi və bununla əlaqədar avqustun 18-də V.Əhmədovun məsələyə aydınlıq gətirmək üçün M.Alxasovun evinə getməsi və baş vermiş münaqişə zamanı M.Alxasovun ona balta ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alxasov tutulub.

AzVision.az


Teqlər: DİN   qətl  





Xəbər lenti