Çayda batan fotoqrafın meyiti tapılıb - (VİDEO)

Çayda batan fotoqrafın meyiti tapılıb - (VİDEO)
  19 Avqust 2017    Oxunub:11890
Avqustun 18-də Katex çayının Balakən rayonundan keçən hissəsində batan şəxsin cəsədi tapılaraq təhvil verilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildiriblər ki, 1993-cü il təvəllüdlü Nuriyev Adilxan Nəzirxan oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 07:35-də başa çatıb.

Qeyd edək ki, fotoqraf olan Adilxan Nuriyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuriyevin oğludur.



AzVision.az


Teqlər: Balakən   Çay  





Xəbər lenti