Trampın "Twitter" hesabının qiyməti - 2 milyard dollar - (VİDEO)

Trampın "Twitter" hesabının qiyməti - 2 milyard dollar - (VİDEO)
  19 Avqust 2017    Oxunub:2332
ABŞ prezidenti Donald Trampın “Twitter” mikrobloq servisindəki hesabı bu sosial şəbəkənin bazar dəyərini artıraraq 2 milyard dollara çatdırıb.

"RİA Novosti"-nin verdiyi məlumata görə, bu barədə "Monness Crespi Hardt & Co." şirkətinin analitiki Cems Kakmak bildirib.
Məlumata əsasən, Tramp bəyanatlarını "Twitter" hesabında yaymağı dayandırdığı halda, şirkətin itkiləri saytın ümumi dəyərinin 20 faizi qədər təşkil edə bilər.

Qeyd edək ki, Donald Trampın "Twitter" hesabının 36,2 milyon oxucusu var. Tramp "Twitter"də qeydiyyatdan keçdiyi vaxtdan (2009-cu il) 35,6 minə yaxın məlumat dərc edib.



AzVision.az


Teqlər: Tramp   Twitter  





Xəbər lenti