Zığ şossesində ağır qəza

Zığ şossesində ağır qəza
  19 Avqust 2017    Oxunub:1338
Zığ şossesində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu Zığ şosesində “Lada” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:49-da başa çatıb.

AzVision.az


Teqlər: Zır   Qəza  





Xəbər lenti