İspaniyadakı terrorda ölənlərin sayı artıb

İspaniyadakı terrorda ölənlərin sayı artıb
  19 Avqust 2017    Oxunub:1298
İspaniyada terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsedə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.

Terror aktları nəticəsində xəsarət alanların sayı 130 nəfərə çatıb.

AzVision.az





Teqlər: İspaniya   Barselona   Terror  





Xəbər lenti