Bakıda restoran yanıb

Bakıda restoran yanıb
  19 Avqust 2017    Oxunub:1177
Paytaxtda restoranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli mansard tipli restoranın mansardında sahəsi 15 kvadratmetr olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları 4 kvadratmetr sahədə yanıb.

Restoranın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Restoran  





Xəbər lenti