Batumidə yaralılar arasında azərbaycanlı yoxdur

Batumidə yaralılar arasında azərbaycanlı yoxdur
  19 Avqust 2017    Oxunub:1493
Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində maye qaz yanacaqdoldurma stansiyasında baş vermiş güclü partlayış nəticəsində xəsarət alanlar və zərər çəkənlər arasında azərbaycanlı yoxdur.
Bu barədə jurnalistlərə Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov məlumat verib.

R.İsmayılov deyib ki, baş konsulluq Batumi şəhər və bölgə administrasiyasının rəhbərləri, əlaqədar təşkilatların nümayəndələri ilə əlaqə saxlayıb. Zərərçəkənlər və xəsarət alanlar arasında azərbaycanlı yoxdur.

Xatırladaq ki, avqustun 16-da baş vermiş partlayış nəticəsində ətrafda olan 4 yaşayış evində yanğın olub, bir neçə evə maddi ziyan dəyib. Bir neçə şəxs partlayış zamanı xəsarət alıb, daha bir neçə şəxs isə psixoloji travma diaqnozu ilə xəstəxanalara müraciət edib. (AzərTac)

AzVision.az


Teqlər: Batumi   Konsul  





Xəbər lenti